www.Hershey.Ucoz.Net
Bazar, 19.05.2024, 20:50
Salamlayiriq Qonaq | RSSAna Sehife | Qeydiyyat | Girish
Ana Sehife
Kateqoriyalar
ShowBiznes [9]
Xeberler [5]
Futbol [0]
Siyasi Iqtisadi [0]
Mp3 Yeni [3]
Tariximiz [1]
Unudulmayanlar [3]
Edebiyyatimiz (Shairler) [0]
Foto Shekiller [3]
Statistika

Onlaynda Olanlar 1
Qonaqlar 1
Qeydiyyatchilar 0
Qeydiyyatchi Girishi
Ana Sehife » 2010 » Yanvar » 6 » Eldən-elə”nin hərəkətləri dildən-dilə düşdü
12:07
Eldən-elə”nin hərəkətləri dildən-dilə düşdü
"Azərbaycan daim dünya ölkələrini ikiüzlü siyasət aparmaqda ittiham edib. Amma ən böyük ikiüzlülüyü biz özümüz edirik. Ötən həftə "Xəzər TV”də "Eldən-elə verilişinə baxandan özümə gələ bilmirəm. Sizdən acizanə xahişim ürək sözlərimizi səhifənizdə işıqlandırmağa şərait yaratmanızdır”.
İmişli rayon sakini Mirzəli Hüseynovun "Azadlıq”ın tribunasından demək istədiyi məsələ bəsit görünsə də, çox dərin problemdən bəhs edir. Ümid etmək istərdik ki, oxucunun göstərdiyi məqamlara aidiyyat olan orqanlar da diqqət ayırmağa hünər tapacaq:
"Hörmətli redaksiya, mən ali təhsilli müəlliməm. Çoxlu ovçu dostlarım var. "Quş qripi” çıxandan, təxminən üç ildir onların başına polis və ekologiya idarələri olmazın oyunlar gətirirlər. Qrip faktından sui-istifadə edilərək ovçuların silahları alınır, yüksək məbləğli rüşvət alınandan sonra qaytarılır. Bu ayrıca problemdir. Məni dəhşətə gətirən isə "Xəzər TV”də gördüklərimdir. Bu kanalda bir veriliş var, "Eldən-elə”. Həmin verilişin iştirakçıları hər dəfə bir rayona gedib çəkiliş edirlər. Ötən həftə bu səfər Sabirabad rayonuna olmuşdu. Telekanal əməkdaşları heç bir əndazəni gözləmədən efirdən qanunlarımıza açıq-aşkar hörmətsizlik etdilər. Konkret bildirirəm: Turac "Qırmızı kitab”a düşən və deməli, ovlanması qadağan olunan quş növdür. Amma görünür, bunu "Xəzər” TV-də bilən bir adam da yox idi. Olsaydı "Xəzər”çilər milyonlarla tamaşaçının gözü qarşısında Turacı ovlayıb onu şişə çəkməzdilər. Mən bu halı hamımız üçün biabırçı hal sayıram. Kim onlara "Qırımızı kitab”a düşən quşu ovlamağa ixtiyar verib? Nəyə görə bu kadrlara bir dövlət orqanı reaksiya vermir? Axı eyni hala görə nə qədər sıravi vətəndaşımız sərt cəzalandırılıb. Bu nə ikiüzlü siyasətdir?
Biz "Xəzər” TV-ni milli-mənəvi dəyərlərimizə, müqəddəs dinimiz İslam dininə ehtiramla yanaşan telekanal kimi tanıyırıq. Lakin bu hadisə bizi çox sarsıtdı. Axı efirdən ovu, güllə atıb heyvan öldürməyi reklam etmək nəyə lazım idi? Bu ki, qanunsuz olmaqla yanaşı humanizmdən də uzaq haldır. Qəribə olsa da, bu hadisə mənim yadıma rəhmətlik Səməd Vurğunu saldı. Gözəl şairimiz
"Ovçu insaf elylə keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən”
yazsa da, hər ov mövsümü beşaçılanını götürüb bizim Muğan çöllərində ceyran güllələyirdi. Dövlət orqanları ilə yanaşı mən "ailəmizin Xəzəri”ndən də xahiş edirəm ki, Turacı geniş tamaşaçı heyətinin gözü qarşısında amansızcasına güllələyən əməkdaşları barədə ölçü götürsün”.
Gozden Krcir: 1633 | Qeyd Et: Revan | Рейтинг: 1.0/1
Butun Sherhler: 0
Qeydiyyatdan Kecmeyenler Bu bolmeye gire bilmez...
[ Qeydiyyat | Girish ]
Axtar
Tekvim
«  Yanvar 2010  »
B.eCbC.aCu.axCumeShnbBzr
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxib Qaynaqlar
Dost Saytlar
  • Dost Sehifeler
  • Garibzade.Com
  • Bos
  • Bosh
  • Bosh
  • Bosh
  • Rn Hosting Teqdim Edir.. Butun HAqqlari Saxlanilir © 2024 Создать бесплатный сайт с uCoz