www.Hershey.Ucoz.Net
Bazar, 19.05.2024, 21:54
Salamlayiriq Qonaq | RSSAna Sehife | Qeydiyyat | Girish
Ana Sehife
Kateqoriyalar
ShowBiznes [9]
Xeberler [5]
Futbol [0]
Siyasi Iqtisadi [0]
Mp3 Yeni [3]
Tariximiz [1]
Unudulmayanlar [3]
Edebiyyatimiz (Shairler) [0]
Foto Shekiller [3]
Statistika

Onlaynda Olanlar 1
Qonaqlar 1
Qeydiyyatchilar 0
Qeydiyyatchi Girishi
Ana Sehife » 2010 » Yanvar » 6 » Naxchivanda Gorulmemish Dehshet
12:09
Naxchivanda Gorulmemish Dehshet
 
Daxili qoşunlar Bənənyar kəndinə soxuldu, qız-gəlin, qoca zirzəmilərə dolduruldu, cavanlar həbs edildi
Kənd tam mühasirədə, Daxili Qoşunlar Yunis Əliyevin dəfninə icazə vermir, meyiti özlərinin basdıracağını deyir
"Bir qədər əvvəl Culfa rayon Bənənyar kənd sakini, polis şöbəsində təzyiqə məruz qalanlardan biri, polis zorakılığına etiraz olaraq benzin tökərək özünü yandıran 35 yaşlı Əliyev Yunis Kamal oğlu dünən vəfat edib. Özünü yandırandan sonra orta dərəcəli yanıqla Muxtar Respublika mərkəzi xəstəxanasına yerləşdirilən mərhum dünən keçinib. Mərhumun nəşi kəndə aparılandan sonra Bənənyarda ixtişaş başlayıb”. Bu barədə dünən Naxçıvandakı mənbəmiz xəbər verib.
Xatırladaq ki, məhərrəm ayının doqquzuncu və onuncu günü kəndə polis müdaxilə edib və Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşədağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlu həbs olunaraq Culfa rayon Əlincə polis şöbəsinə aparılıblar. Aparılanlara orada işgəncə verilib.
Şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb.
Bu hadisədən sonra 1000 nəfərə yaxın bənənyarlı etiraz olaraq kənd mərkəzindən keçən yolu bağlayıblar. Bir saat müddətində qadınlar, kişilər, uşaqlar sinə vurmağa başlayıblar və yol boyu yürüş ediblər. Vəziyyətin gərginləşdiyini görən MR DIN-in əməkdaşları hadisə yerinə gəlib.
Dünən saat 16 radələri
Dünən günortadan sonra Bənənyardan daha da vəhşət doğuran xəbərlər gəlməyə başladı. Mənbənin dediyinə görə, kəndi "faktiki işğal edən” daxili qoşunlar kənddən heç kimin kənara çıxmasına imkan verməyiblər. Arvadlı-uşaqlı, ağsaqqallı hamını evlərin zirzəmilərinə dolduran hərbçilər müqavimət göstərənlərlə daha sərt davranıblar. Evlərindən bayıra çıxmağa cəhd edən onlarla kənd sakini isə maşınlara doldurularaq naməlum istiqamətə aparılıb. Iş o yerə çatıb ki, Bənənyarla qonşu Göydərə, Ərəzin, Əbrəqunus, Kırna kəndlərində də fövqəladə vəziyyət hökm sürür. Nə bu kəndlərdən, nə də digər istiqamətlərdən Bənənyara heç kim buraxılmır.
Saat 19.00
Dünən saat 19.00 radələrində bölgədən daha bir tükürpədici məlumat aldıq. Mənbənin dediyinə görə, mərhum Yunis Əliyevin basdırılmasına belə imkan verilməyib. Daxili Qoşunlar komandanlığı meyitin sahiblərinə bildirib ki, heç bir dəfn mərasimindən söhbət gedə bilməz, meyiti özləri basdıracaqlar.
Dünən aldığımız başqa bir xəbərə görə, bir neçə nehrəmli ağsaqqal qarşıdurmada vasitəçilik etmək məqsədilə Bənənyara getmək istəsə də, onlara imkan verilməyib.
Saat 20.00
Bölgədəki mənbədən aldığımız xəbərə görə, Daxili Qoşun əsgərləri Bənənyarı evbəev gəzərək bütün cavanları zorla evdən çıxarıb naməlum istiqamətə aparırlar. Yerli hakimiyyət baş verə biləcək qarşıdurmadan bərk narahatlıq keçirir.
Məlumata görə, Naxçıvanın digər rayonlarında və Bakıda yaşayan Bənənyar əsilli şəxslər kəndlərində baş verənlərdən narahatlıq keçirərək kəndə gedib yaxınlarını görmək istəsələr də, onları Bənənyara buraxmayıblar. Kəndlə hətta telefon əlaqəsi belə kəsilib.
Ən son məlumata görə, bu gün bənənyarlılar Naxçıvanın Bakıdakı nümayəndəliyinin qarşısında aksiya keçirmək niyyətindədirlər.
Mövzunu davam etdirəcəyik.
Bolmeler: Xeberler | Gozden Krcir: 1575 | Qeyd Et: Revan | Рейтинг: 1.0/2
Butun Sherhler: 0
Qeydiyyatdan Kecmeyenler Bu bolmeye gire bilmez...
[ Qeydiyyat | Girish ]
Axtar
Tekvim
«  Yanvar 2010  »
B.eCbC.aCu.axCumeShnbBzr
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxib Qaynaqlar
Dost Saytlar
  • Dost Sehifeler
  • Garibzade.Com
  • Bos
  • Bosh
  • Bosh
  • Bosh
  • Rn Hosting Teqdim Edir.. Butun HAqqlari Saxlanilir © 2024 Создать бесплатный сайт с uCoz